Ölkə futbolu

Gözlənilən baş verdi: Syomin “Qəbələ”dən göndərildi

“Qəbələ” baş məşqçi Yuri Syominlə yollarını ayırıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar Azərbaycan kubokunun final matçının ardından rusiyalı mütəxəssis və klub rəhbərliyi arasında keçirilən görüş zamanı qəbul olunub.

Görüş zamanı “Qəbələ” ilə Syomin arasında müqavilənin uzadılması məsələsi müzakirə edilib. Öncəki görüşlər zamanı “Qəbələ”də qalıb qalmayacağını final matçından sonra qətiləşdirəcəyini deyən Syomin son toplantıda komandadan ayrılmaq istədiyini bildirib. Rusiyalı mütəxəssis qərarını belə açıqlayıb:

“Doğurdan da, çox ağır mövsüm keçirdik. Bundan sonrakı müddətdə komandanı toparlamaq və Avrokubok oyunlarına hazırlamaq mənim üçün çətin olacaq. Bir müddət istirahət etməyə ehtiyacım var. Komandama, azarkeşlərimizə və rəhbərliyə bu günə qədər verdiyi dəstəyə görə təşəkkür edirəm. “Qəbələ”yə Avropa Liqasında və növbəti mövsümdə uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43