Ölkə futbolu

“Hədəfim avrokuboklarda iştirak etməkdir” – “Neftçi”nin yeni transferi

“Neftçi”nin yeni transferi Canluka Sansoneölkəsinin mətbuatına müsahibə verib.

Premyer Liqamız və A Seriyası klublarını müqayyisə edən italiyalı hücumçu bunları deyib:

“A seriyası səviyyəsində olmasalar da,  böyüməkdə olduqlarını deyə bilərəm. Demək olar ki, bütün klublar yeni stadionlarda oynamaq üçün çalışırlar. Futbol da ölkə kimi, inkişafdadır. “Neftçi”dəki ilk məşqdən sonra deyə bilərəm ki, texniki səviyyə digər liqalardan aşağı deyil. Hətta bəzilərindən yüksəkdir. Avropa ölkələrinin çempionatları ilə müqayisədə taktiki hazırlığın aşağı olduğu görünür. Ancaq “Neftçi” ilə bağlı ilk təəssüratlarım müsbətdir”.

32 yaşlı futbolçu Ağdam klubu ilə aralarında gedən çempionluq mübarizəsindən də danışıb:

“Ötən bazar liderlik yarışında gözəl bir oyuna şahidlik etdim. “Qarabağ” bir neçə futbolçusunun fərdi bacarığı sayədində daha texnikalı oyun göstərdi. Bordinin əla iş gördüyünə şahid oldum. “Neftçi” formasına olan bağlılıq prezidentdən tutmuş, menecerlərlə gələn futbolçulara qədər çox güclüdü. Onların hamısı bir neçə illik həsrətdən sonra titul gözləyirlər”.

Sansone: “Bu, xəyal yox, məqsəddir. Çempionluq uğrunda oynamaq ideyası mənim bu çempionata gəlməyimin səbəblərindən biridir. Hətta öz səhvimə görə oynamadığım Çempionlar Liqasında çıxış etmək mənim karyeramda ən böyük nailiyyət olar. 18 yaşımda Eççelentsada oynamağa başladım və 25 yaşımda A seriyasına yüksəlmişəm. İndi isə 32 yaşım var və hədəfim avrokuboklarda iştirak etməkdir”. deyə bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43