Kateqoriyasız

Hafiz Məmmədov: “Lazım olsa Falkaonu da alarıq”

“Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov “Canal+”a müsahibə verib.

20 milyon investisiya qoyduğu “Lans”ın gələcəyi ilə bağlı danışan Məmmədov qaşıdakı illərdə bu rəqəmin daha çox olacağını da gizlətməyib:

Biz Fransanın əsas liqasına qayıtmalıyıq. Ən yaxşı olmağa can atırıq. Bu səbəbdən, “Lans”a sərmayə qoymalıyıq. Necə lazımdısa, klubu maliyyələşdiririk”.

 Fransa əsas çempionatında İbrahimoviç, Falkao kimi ulduzlar çıxış edir. Məmmədov da supertransferlər etməyə hazır olduğunu bildirib: “Nəyə görə də yox? Lazım gəlsə, İbrahimoviç və ya Falkaonu da alarıq”.   

Qeyd edək ki, “Lans” Fransa çempionatının 2-ci Liqasında 14 turdan sonra 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43