İdman

I Divizion: “Turan Tovuz” uduzdu, “Xəzər” qələbə qazandı

Azərbaycan birinci divizionunda 5-ci tura yekun vurulub.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, son oyun günündə 2 görüş keçirilib.

27 oktyabr
MOİK – “Turan Tovuz” 2:1
Qollar:
 Bəhruz Teymurov, 17; İsmayıl İbrahimli, 47 // Elnur Səmədov, 5

“Sabah” – “Xəzər” 0:1
Qol
: Fərid Səmədzadə, 21-pen.

Qeyd edək ki, turnir cədvəlinə 13 xalla “Qaradağ Lökbatan” başçılıq edir. MOİK 10 xalla 2-ci, “Xəzər” 8 xalla 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43