İdman

“İnter Arena”ya daha bir şərik çıxdı

Azərbaycan I Divizionunda çıxış edən və yeni mövsüm elitaya yüksələcəyi ilə bağlı söz-söhbətlər dolaşan“Xəzər” klubu ev oyunlarını keçirdiyi məkanı dəyişib.

İdmanxeber.com-un məlumatına görə, cari mövsümə “AZAL Arena”da start verən paytaxt təmsilçisi, bundan belə rəqiblərini “İnter Arena”da qəbul edəcək. Lakin Elşad Əhmədovun komandası məşqlərini “Dalğa Arena”da davam etdirəcək.

Qeyd edək ki, “Xəzər” 13 turdan sonra 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43