İdman

“Zirə”də ciddi itkilər

Sabah TPL-in 15-ci turu çərçivəsində “Sumqayıt”la qarşılaşacaq “Zirə” bu oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “qartallar”ın heyətində Anar Nəzirovla Jozef Bum zədəli olduqları üçün bu matça forma geyinə bilməyəcək.

Bundan başqa Riçard Qadze və Vüqar Mustafayev isə sarı vərəqə limitini dolduqlarına görə sözügedən görüşü buraxacaqlar.

Qeyd edək ki, “Zirə” – “Sumqayıt” matçı sabah saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43