Ölkə futbolu

İntizam Komitəsinin iclası keçirilib: “Mil-Muğan” klubunun bütün oyunlarına 0:3 hesablı texniki məğlubiyyət verildi

İntizam Komitəsini bu gün iclas keçirib.

İdmanxeber.com-un məlumatına görə, keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan I divizionun VI turunun “Şəmkir” – “Şuşa” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

I divizionun VI turunun “Energetik” – “Zirə” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 60-cı dəqiqəsində “Energetik” klubunun 5 №-li futbolçusu Tural Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 89-cu dəqiqəsində “Energetik” klubunun 8 №-li futbolçusu Pərviz Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).

I divizionun VI turunun “Kəpəz” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun futbolçusu Məmmədov Rəmzinin sənədlərinin saxta olması aşkar olunmuşdur. Futbolçuya və kluba lazımı sənədləri təqdim etmək üçün müddət verilsə də qeyd olunmuş vaxta kimi sənədlər təqdim olunmamışdır. İntizam Komitəsinin tələb etdiyi sənədləri təqdim edə bilmədiyinə görə və matçın protokolunda “Kəpəz” klubunun etirazını nəzərə alaraq aşağıdakı qərarlar qəbul olunur.

2014/2015 mövsümündə, Azərbaycan I divizionunda Rəmzi Məmmədovun istirakı ilə keçirilən “Mil-Muğan” klubunun bütün oyunlarına 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 1000 manat cərimə olunur (maddə 51).

“Mil-Muğan” klubunun futbolçusu Rəmzi Məmmədovun AFFA və PFL in bayrağı altında keçirilən bütun yarışlara 1 illik qadağa qoyulur və klub 1000 manat cərimə olunur (maddə 45).

“Kəpəz” klubunun 4 , “Mil-Muğan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).

I divizionun VI turunun “Turan-T” – “Lokomotiv” matçının 87-ci dəqiqəsində “Lokomotiv” klubunun 9 №-li futbolçusu Nicat Əsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I divizionun VI turunun “Qaradağ Lökbatan” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

“Bakılı” klubunun prezidenti Misir Əbilov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43