Dünya futbolu

Kafu Bakıya gəlir

Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək.

İdmanxeber.az bildirir ki, bu haqda Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

O, 48 yaşlı sabiq müdafiəçinin sentyabrın 26-da “Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcəyini bildirib. Kafunun mətbuat nümayəndələriylə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub. O, sonuncu dəfə dünya kubokunu başı üzərinə Braziliya millisinin kapitanı kimi qaldırıb. (qol.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43