Dünya futbolu

Qəssab “Manisaspor”un kubokların aldı – Ət borcuna görə

Türkiyə klubunda biabırçılıq.

Türkiyənin “Manisaspor” klubunun kubokları əlindən alınıb. Buna səbəb klubun qəssaba 160 min lirə ət borcunun olmasıdır. Uzun müddətdir pulunu ala bilməyən qəssab məhkəməyə müraciət edərək bu qərarın çıxmasına nail olub.

Qeyd edək ki, məsələylə bağlı klub rəhbərliyi açıqlama verərək hazırda komandanın vəziyyətinin pis olduğunu və yerli sakinlərin kömək etmələrini istəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43