İdman

“Kəpəz” 3 gün ardıcıl eyni stadionda məşq edəcək

Azərbaycan Premyer Liqasının IV turunda Gəncədə “Zirə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı hazırlığı Bakıda davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, “Şərurspor”a qarşı görüşdən sonra komandaya bir günlük istirahət verən məşqçilər korpusu futbolçuları bu gün bir araya toplayıb. 

“Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlıq keçib. Gəncə təmsilçisinin sentyabrın 7-i (saat 12:00), 8-i (saat 11:00) və 9-na (saat 11:00) təyin olunan məşqləri də eyni yerdə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43