Ölkə futbolu

Klublar Komitəsinin iclasında hansı məsələlərin müzakirə ediləcəyi bəlli olub

Xəbər verdiyimiz kimi, bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçiriləcək.

İdmanxeber.com-un  məlumatına görə,  Fikrət Hüseynovun rəhbərlik etdiyi komitənin gündəliyindəki məsələlər aşağıda adları qeyd olunanlardır: 
1. Azərbaycan çempionatında komandaların sayının müəyyənləşdirilməsi ilə bağlı AZAL klubunun təklifi
2. AFFA-nın Texniki Departamentinin əməkdaşları ilə görüş (Məşqçi kursları ilə bağlı suallara aydınlıq gətirilməsi)
3. Uşaq liqalarında komanda nümayəndələri tərəfindən hakimlərə qarşı zorakılıq halları
4. Digər məsələlər


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43