İdman

“Kopenhagen”in futbolçusu əməliyyat olundu: 9 ay futbol oynamayacaq

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kopenhagen”in futbolçusu Erik Yohansson əməliyyat olunub.

İdmanxeber.com-un məlumatına görə,  28 yaşlı müdafiəçi bu yaxınlarda çarpaz bağları qırıldığı üçün bıçaq altına yatıb. Onun əməliyyatının uğurlu keçdiyi bildirilib. Yohanssonun 6-9 ay ərzində sıraya dönəcəyi gözlənilir.
 
Qeyd edək ki, Erik Yohansson ötən ildən “Kopenhagen”in şərifini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43