Dünya futbolu

La Liqada növbəti baş məşqçi istefası

İspaniyanın “Malaqa” klubu baş məşqçisi Marselo Romero ilə vidalaşıb.

İdmanxeber.com-un məlumatına görə, buna komandanın uğursuz çıxış səbəb olub. “Malaqa” Romeronun başçılığı ilə meydana çıxdığı 10 qarşılaşmanın 7-dən məğlub ayrılıb. Bu uğursuz nəticə də, rəhbərliyi baş məşqçiyə qapını göstərməyə məcbur edib.

Qeyd edək ki, “Malaqa” 26 turdan sonra 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43