Premyer Liqa

Lənkəranda darmadağınla üzləşən türkiyəli bu futbolçunu tənqid edib, iddialı danışdı: “Bunu qeyd elə bir yerə”

“Oke Akpoveta və Novruz Məmmədovun olmaması dünənki oyunda özünü göstərdi. İki futbolçunun yoxluğunda komanda tamam  dəyişdi. Buraxdığımız qollara baxdıqda Hüseyn Axundovun kobud səhvləri oldu. Axundov “Xəzər Lənkəran”la oyunda çox pis oynadı”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Rəvan”ın baş məşqçisi Güvənç Kurtar deyib.

“Aslanlar”ın çalışdırıcısı “Xəzər Lənkəran”a yenilginin səbəblərini açıqlayarkən, “qarşıdakı turlarda xal qazanmağınız daha çətindi. Çünki “Neftçi”, “Bakı” və “Simurq” kimi komandalarla qarşılaşacaqsınız. Siz nə düşünürsüz?” – sualına türkiyəli mütəxəssis iddialı cavab verib:

“Bu üç oyundan mütləq birində qələbə qazanacağıq. Bunu qeyd elə bir yerə. Təkcə zədəli və cəriməli futbolçularımız olmasın. Siz görərsiz o zaman “Rəvan”ı. Hər çüç oyunu qazanmaq üçün meydana çıxacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43