Millimizin futbolçusu Mahir Emrelinin zədəsi ciddidi.
İdmanxeber.az-ın məlumatına görə, Xorvatiyanın “Dinamo” klubunda çıxış edən 26 yaşlı hücumçu Sloveniyanın “Roqaşka” kollektivi ilə keçirdiyi hazırlıq matçında (1:0) sıradan çıxıb.
“Dinamo”nun baş məşqçisi Sergey Yakiroviç millimizin üzvünün zədəsinin ciddi olduğunu bildirib. Onun sözlərinə görə, Mahir uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Mahir Emrelinin durumu ilə bağlı detallı məlumat tibbi müayinədən sonra bəlli olacaq.