İdman

Maksim Medvedev: “Yalnız uğurlu nəticəyə ümid edirik”

“Uzun müddətli toplanış oldu. Yaxşı məşqlər keçmişik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin oyunçusu Maksim Medvedev deyib. DÇ-2018-in seçmə mərhələsinin seçmə mərhələsində yığmamız bu gün Şimali İrlandiya ilə qarşılaşacaq. Oyundan əvvəl baş tutan mətbuat konfransında qısa açıqlama verən Maksim qarşıdakı matçı dəyərləndirib:

“Çalışacağıq ki, Belfastdakı səhvləri təkrarlamayaq. Bu rəqibə bir dəfə qalib gəlmişik. Həmin motivasiya ilə meydana çıxıb, rəqiblə vuruşacağıq. Yalnız uğurlu nəticəyə ümid edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43