Dünya futbolu

“Mançester Yunayted”in futbolçusu “Fiorentina”ya keçdi

"Mançester Yunayted"in brazilyalı yarımmüdafiəçisi Anderson mövsümün sonuna qədər, icarə əsasında, İtaliyanın "Fiorentina" klubunda çıxış edəcək. Rəsmi məlumat olmasa da, oyunçunu bu gün Mançester Aeroportunda, İtaliyaya uçarkən görüblər. Qeyri-rəsmi məlumatlara görə "bənövşəyilər"  hətta futbolçunun icarə müddəti bitəndən sonra, transfer etmək hüququnu da alıblar.

Qeyd edək ki, Anderson bu mövsüm "Mançester Yunayted" forması ilə Premyer Liqada 4 dəfə əsas heyətdə meydana çıxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43