Dünya futbolu

Mbappe transferdən danışdı

“Monako”nun futbolçusu Kilian Mbappe komandadakı gələcəyi haqda açıqlama verib.

Fransa mətbuatına danışan 18 yaşlı hücumçu hazırda “Monako” ilə çempion olmağı düşündüyünü söyləyib. Əlavə edib ki, gələcək karyerası haqda qərar vermək üçün qarşıda zamanı var:

“Komandamızla ortaq bir hədəfimiz mövcuddur. Bu mövsüm çempion olmaq istəyirik. Məni bu səviyyəyə çatdıran klubla çempionluq yaşamaq istəyirəm. O zamana qədər hər hansı bir şey məni narahat edə bilməyəcək. Gələcəyimlə bağlı qərar vermək üçün qarşımda 2 ay yarım vaxtım var. Buna görə də transfer söhbətləri mənə təsir etməyəcək”.

K. Mbappe bu mövsüm ümumilikdə 40 oyuna 24 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43