Dünya futbolu

“Milan” 36 yaşlı oyunçuyla müqavilə uzadır

Olivye Jiru “Milan”la müqavilə uzatmağa razılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, fransalı forvard daha bir il komandada qalacaq. O, 2024-cü ilə qədər İtaliya klubu ilə yeni sözləşmə imzalaması gözlənilir.

36 yaşlı hücumçu Milan təmsilçisində illik 3,8 milyon avro maaş alacaq. Onun hazırkı sözləşməsinin müddəti mövsüm sonu başa çatırdı. 

Fransalı cari mövsüm A Seriyasında 24 matçda 8 qol vurub, 4 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43