Milli komanda

Millimiz San Marino və Çexiyaya qarşı oyunları hansı stadionda keçirəcək?

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi daha 2 ev oyununun stadionu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, millimiz  San Marino və  Çexiya yığmalarını Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Qeyd edək ki, San Marino ilə görüş sentyabrın 4-ü, Çexiya ilə matç isə okyabrın 5-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43