Dünya futbolu

Millimizin üzvü olan avtobusa azarkeş hücumu: Yaralılar var

Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” klubunun uğursuz çıxışı azarkeşlərin səbr kasasını doldurub.

İdmanxeber.com-un məlumatına görə, Super Liqanın XXII turunda səfərdə “Kasımpaşa”ya məğlubiyyət (4-0) azarkeşlərin böyük etirazına səbəb olub.

Belə ki, azarkeşlər oyundan sonra Bursaya qayıdan komandanın avtobusuna hücum ediblər. Hadisə Osmanqazi körpüsünün yaxınlığında baş verib. Avtobusun dayandığını görən bir  azarkeş əlndə olan bıçaq və dəyənəklərlə hücuma keçiblər. Onlar avtobusun içərisinə daxil olmağa və futboluların üzərinə hücum etməyə imkan tapıblar.

Yayılan məlumatlara görə, hücum nəticəsində bir neçə futbolçu ciddi xəsarətlər alıb. Ən çox ciddi zərbə alan isə qapıçı Harun Təkin olub. Onun sifətində xəsarətin izləri qalıb.

Qeyd edək ki, millimizin üzvü cəzalı Dəniz Yılmaz olduğu üçün matçda iştirak etməsə də, komandaya dəstək olmaq üçün səfərə aparılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43