Dünyadan

Millinin baş məşqçisi istefa verdi

Əlcəzair millisinin baş məşqçisi Corc Lekens istefa verib.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb yığmanın Afrika Millətlər Kubokunda uğursuz çıxışı olub.  67 yaşlı belçikalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlama verərək istefa verdiyini bildirib:

“Yığmaya nə qədər bağlı olsam da, istefa ən düzgün qərardır. Bu, hər iki tərəf üçün xeyirli olacaq”.

3 ay əvvəl Əlcəzair millisinin “sükanı arxasına” keçən çalışdırıcı 6 oyunda 2 qələbə qazanıb.

Afrika Millətlər Kubokunun qrup mərhələsində B qrupunda çıxış edən komanad 3 oyuna 2 xal toplayaraq turnirlə vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43