İdman

Namiq Ələsgərov 1:5 hesablı məğlubiyyəti dəyərləndirdi: “Nə yalan deyək, hesab oyuna görə oldu”

“Çox çətin oyun oldu. Almaniya dünyanın ən güclü millilərindən biridi. İlk hissədə yaxşı mübarizə aparsaq da, ikinci hissədə səviyyə fərqi ortaya çıxdı”.

İdmanxeber.com-a açıqlamasında bu sözləri millimizin futbolçusu Namiq Ələsgərov deyib. Almaniya – Azərbaycan matçı sonrası əməkdaşımızla söhbətini matçı dəyərləndirən Ələsgərov məğlubiyyətə görə üzüldüklərini bildirdi: “Fasilədə inanırdıq ki, Almaniyadan xalla dönəcəyik. Lakin rəqibin təzyiqlərinə tab gətirmək mümkün olmadı. Nə yalan deyək, hesab oyuna görə oldu. Ancaq kaş məğlubiyyətimiz 1:2, 1:3 olardı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43