Kateqoriyasız

Nazir Kamran Ağayevin komandasını ziyarət etdi (FOTO)

Türkiyənin Enerji və Təbii sərvətlər nazıri Taner Yıldız dünən millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor”u ziyarət edib.

İdmanxeber.com-un məlumatına görə, nazir klubun məşqində iştirak edib.

Daha sonra isə klubun menceri Süleyman Hurmadan “Kayserispor” haqda ətraflı məlumat alıb. “Kayserispor”un lider olaraq Superliqaya vəsiqə qazanacağı və hər zaman bu komandaya dəstək olacağını bildirən Taner Yıldız futbolçularla tək-tək salamlaşaraq uğurlar arzulayıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43