Kateqoriyasız

“Neftçi” paytaxt derbisinə ciddi itki ilə çıxacaq

Premyer Liqanın 35-ci turu çərçivəsində “İnter”lə qarşılaşacaq “Neftçi” bu oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın heyətində Jairo Rodriqes “bankirlər”lə oyunu buraxmaq məcburiyyətində qalacaq. Braziliyalı müdafiəçi Gəncədə “Kəpəz”lə matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, “Neftçi” – “İnter” matçı mayın 15-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43