Kateqoriyasız

“Onlar qəhraman kimi döyüşdülər” – İtaliya millisinin baş məşqçisi

“Hər iki komanda yaxşı oynadı. Öz komandama görə təəssüf edirəm.Çünki onlar qəhraman kimi döyüşdülər. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Təşkilatçılığa gəlincə, hər şey yaxşı idi”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında İtaliya millisinin 17 yaşılardan ibarət komandasının baş məşqçisi Aleksandro Dal Kanto deyib.

Çalışdırıcı İspaniyaya məğlubiyyəti şərh edərkən müdafiədə buraxdıqları kobud səhvləri qabardıb:

“Heyətdəki itkiləri bəhanə gətirmək istəmirəm. Komandam yaxşı çıxış etdi. Müdafiədə çox kobud səhvlərimiz oldu. Futbolda belə hallar tez-tez olur”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43