İdman

“Neftçi” və “İnter” qalib gəldi (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqada 18-ci tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Şüvəlanda keçiriləcək. Autsayder AZAL turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “İnter”lə qarşılaşacaq.

Turun son oyunu isə “Bakcell Arena”da keçiriləcək. “Neftçi” “Sumqayıt”la üz-üzə gələcək. III dövrəyə uğurla start verən 2 komandanın qarşıdurması maraqla gözlənilir.

Topaz Premyer Liqa

XVIII tur

13 fevral (bazar ertəsi)

15:00.AZAL – “İnter”  0:1
QOL: Nizami Hacıyev, 84 (0:1)

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov

“AZAL Arena”

17:30.“Neftçi” – “Sumqayıt”  1:0

Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov

8-ci kilometr qəsəbə stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43