İdman

“Neftçi”nin baş məşqçisi Tiranı bağışlamayacaq: “Sözümün üstündə dayanıram”

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın X turunun “Qəbələ” klubu ilə oyunundan sonra fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, Abdullayev Tirayla bağlı qərarının üstündə durduğunu bir daha səsləndirib:

“Bu gün, demək olar ki, müdafiəsiz oynadıq. Müdafiəçilərimizin hamısı səhvlərlə yadda qaldılar. Çıxış yolumuz qışı səbrsizliklə gözləməkdir. Tiraya gəlincə, o, təkcə azarkeşdən yox, bütün Azərbaycan xalqından üzr istəməlidir. Bütün hallarda, sözümün üstündə dayanıram, nə qədər ki, mən “Neftçi”dəyəm Tira oynamayacaq”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43