Ölkə futbolu

Niko Kovaç: “Azərbaycan üçüncü yer uğrunda mübarizə apara bilər”

Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində komandasına qarşı Bolqarıstan, Norveç və Azərbaycan yığmalarının ikincilik uğrunda mübarizə apara biləcəyi haqda fikrə münasibət bildirib.

“Yəqin ki, Bolqarıstanda birinci pillədə olmaq istəyində olarlar (gülür). Eyni ilə bizdəki kimi. Mən bütün rəqiblər hörmət edirəm. Qrupumuz bərabərdir. Gücünə görə demək olar ki, bütün rəqiblər bərabərdir. Azərbaycan ən böyük sirdir. Son vaxtlar Avropanın bu hissəsindən komandalar yaman güclü olur. Düşünürəm ki, Azərbaycan üçüncü yer uğrunda mübarizə apara bilər. Ancaq ehtimal edirəm ki, bu pillə uğrunda Bolqarıstan və Norveç mübarizə aparacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43