Kateqoriyasız

Oğuz Çətin: ” Bu günkü oyunun nəticəsi belə olmamalı idi”

Topaz Premyer Liqasının V turunda “Xəzər Lənkəran” İsmət Qayıbov adına  Bakıxanov qəsəbə stadionunda “Neftçi”yə 0:1 hesabı ilə uduzdu.

İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin oyundan sonra keçirilən mətbuat konfransında bu fikirləri səsləndirib:

“Çempionata pis başladıq, pis də davam edir. Bu günkü oyunun nəticəsi belə olmamalı idi. 3 xal itirmək çox  pisdir. Qırmızı vərəqə və penaltidən sonra komandamız qol vurmalı idi. Futbolda nə qədər çalışsan belə, əsas iş qol vurmaqdır. Bizim hazırda ən böyük problemimiz qol vura bilməməkdir. Oyunda “Neftçi” 10 adamla müdafiə olundu, biz qol vurmağa çalışdıq. İstənilən halda, məğlub olduq. Artıq bu oyun başa çatdı. Qarşıdakı oyunlara baxmalıyıq. Bizim məqsədimiz   yaxşı oynamaq, qələbə qazanmaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43