Ölkə futbolu

“Ovusunun gedişindən sonra hücumçu transferi mütləqdir”

“Hazırda “Qarabağ”a bir neçə transfer lazımdır. Xüsusən də qapıçı. Ümumiyyətlə, səviyyəli futbolçulara yaxşı müqavilə təklif etsən də, Azərbaycana gəlməyə tərəddüd edirlər. Qışda isə bu, daha çətin olur”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov Konfrans Liqasında “Gent”lə qarşılaşacaq “Qarabağ” barədə danışarkən deyib. Gənc mütəxəssis Kadi Borges və Kvabena Ovusunun komandadan ayrılmasına münasibət bildirib:

“Hər iki futbolçunun getməsi klub üçün itkidir. Xüsusən də Kadini vurğulayardım. Yeni futbolçular gəlib, ancaq onların özlərini göstərməsi üçün vaxta ehtiyac var. İnanıram ki, gedən isimlərin boşluqları dolacaq. Premyer Liqada çempionluq üçün hazırkı heyət yetərlidir. Amma “Gent”lə oyunlar üçün mütləq qapıçı lazımdır.

Qurban Qurbanov “Turan Tovuz”la oyundan sonra komandasının pley-off oyunlarına hazır olacağını dedi. “Qarabağ” illərdir bu planla çalışırlar. “Gent”lə görüşlərə də maksimum performansla çıxacaqlarına əminəm. Ovusunun gedişindən sonra hücumçu transferi mütləqdir. Yeni futbolçuların yaxşı karyeraları var. Onların oyunlarını görəndən sonra daha dəqiq nəsə demək olar. “Qarabağ”ın “Gent”lə oyunlarda şansı əllinin-əlliyədir. İki görüş də çox ağır keçəcək”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43