l Divizion

PFL yenə dəyişdirdi

Futbol üzrə azərbaycan I Divizionunda 14-cü turun “Qaradağ Lökbatan” – “Şəmkir” matçının keçirilmə yeri dəyişdirilib.

PFL-in rəsmi saytına istinadən verdiyimiz məlumata görə, buna səbəb Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyünün hava şəraitilə əlaqədar olaraq yaxşı vəziyyətdə olmamasıdır.

Bu səbəbdən oyun Binə qəsəbə stadionunda keçiriləcək.

14 dekabr (şənbə)

“Qaradağ Lökbatan” – “Şəmkir”

Hakimlər: Xəlil Hüseynli, Hüseyn Əsgərov, Maqsud Şıxəliyev, Qorxmaz Eldarov

Hakim-inspektor: Adil Ələsgərov

Binə qəsəbə stadionu, 14:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43