Kateqoriyasız

Premyer Liqada VII tur: AZAL doğma meydanda qələbə qazandı – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasının VII turun oyunlarına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Cari mövsüm uğursuz çıxışı ilə diqqət çəkən AZAL doğma meydanda "Rəvan"ı sınağa çəkəcək. Ötən tur "Sumqayıt"la görüşdə (1:1) ilk xalını qazanan Tərlan Əhmədovun komandası bu oyundan 3 xalla ayrılmağa çalışacaq.

Lakin keçirdiyi 6 görüşdə bir qələbə belə qazana bilməyən "Rəvan" da səfərdən ən azı bir xalla ayrılmaq niyyətindədir. "AZAL Arena"da keçiriləcək matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Premyer Liqamızda 7-ci tura bazar günü keçiriləcək 3 oyunla yekun vurulacaq.

 

2 oktyabr (cümə)

Azərbaycan Premyer Liqası, 7-ci tur

19:00. AZAL – “Rəvan” – 1:0
qOL: kRİVİTA 7.

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Nail Nağıyev

Bakı. “AZAL Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43