Kateqoriyasız

Premyer Liqamızda daha bir braziliyalı

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı Eduardo da Konseysao Masiel karyerasını bu komandada davam etdirəcək.

Azad agent kimi “Zirə”yə keçən Edu ilə 2 illik müqavilə imzalanıb. Vətənində “Alaqona” klubunda karyerasına başlayan  28 yaşlı yarımmüdafiəçi “Korintians” və “Botafoqo” klublarında da forma geyinib. Edunun zəngin legioner həyatı da var. Əvvəlcə Yaponiyaya yollanan Eduardo da Konseysao ardından Almaniya, Polşa və Bəhreyndə də çıxış edib. Ötən mövsüm o ölkəmizdə AZAL-ın heyətində yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43