Ölkə futbolu

“Qəbələ” – “Şerif” oyunlarının vaxtı açıqlandı

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında Moldova “Şerif”i ilə keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib.

İdmanxeber.az-ın əyalət klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Çempionlar yolunun I mərhələsinin ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq. Oktyabrın 3-də keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Cavab matçı Tiraspolda “Şerif”in kiçik arenasında keçiriləcək. Oktyabrın 24-də oynanılacaq görüşün start fiti Bakı vaxtı ilə saat 16:00-da veriləcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43