Dünyadan

“Qalatasaray”da Səlcuq İnan tapmacası

“Qalatasaray”ın baş məşqçisi Jan Olde Riekerink, “Fənərbaxça” derbisi öncəsi taktiki idmanda təcrübəli kapitan Səlcuq İnanı ehtiyat komandada oynadıb.

İdmanxeber.com-un məlumatına görə, “Qalatasaray”, “Fənərbaxça” derbisinin hazırlıqlarını dünən keçirdiyi idmanla davam etdirib. Sürətli paslaşma ilə başlayan idmanın əsas hissəsində baş məşqçi Riekerink, bu mövsüm bütün matçlarda əsas heyətdə oynatdığı Səlcuq İnanı ehtiyatda saxlayıb, yarımmüdafiə xəttində De Yonq ilə Tolqanı oynadıb.

Hollandiyalı çalışdırıcı, ikilinin performansından məmnun qalmasına baxmayaraq, hələ qərarını verə bilməyib. Riekerinkin Səlcuq-De Yonq-Tolqadan ibarət üçlü yarımmüdafiə sistemi ilə də oynaya biləcəyi, son qərarını şənbə günü verəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43