Kateqoriyasız

Qara Qarayev Türkiyəyə getmək istəməməsinin səbəblərini açıqladı

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Türkiyənin “Mersin İdmanyurdu” klubuna keçəcəyi barədə xəbərlərə münasibət bildirib.

 İdmanxeber.com-un məlumatına görə, o, bunları söyləyib:

“Mən bu kluba keçməyu məqsədəuyğun hesab etmədim. Bunun bir neçə səbəbi var. İlk növbədə, ailə vəziyyətimi qeyd edərdim. Həmçinin “Mersin İdmanyurdu”nun maliyyə çətinliklərini də unutmamaq lazımdır. Gələcəkdə legioner olmağa çalışacağam. Amma bu yöndə tələsmək fikrim yoxdur”. (azerisport.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43