Ölkə futbolu

“Qarabağ” – “İnter” matçına canlı baxmağın iki yolu

Bu gün Avropa Liqasının VI turu çərçivəsində “Qarabağ” öz meydanında İtaliya nəhəngi “İnter”lə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, mərkəzi arenada baş tutacaq matç AzTV vasitəsi ilə canlı yayımlanacaq.

Bundan əlavə 21:00-da keçiriləcək qarşılaşmanı Rusiyanın NTV Plyus Futbol 3 televiziyası da canlı olaraq tamaşaçılara təqdim edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43