Ölkə futbolu

“Qarabağ” iştirak ərizəsini UEFA-ya göndərdi – SİYAHI

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi zədəli Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov heyətə salınmayıb.

Baş məşqçi Qurban Qurbanov “Qarabağ-2″nin qapıçısı Ayhan Arazlını da heyətə daxil edib.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov; 94. Ayhan Arazlı

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 87. Adama Diakabi;

Hücumçular: 9. Musa Qurbanlı, 77. Ramil Şeydayev, 99. Redon Cica.

“Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da Bakıda, 23-də isə Belçikada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43