Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının yeni reytinq cədvəlini açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, açıqlanan siyahıda yer alan 200 komanda arasında Azərbaycanı yalnız “Qarabağ” təmsil edir.
Ağdam klubu ötən ayla müqayisədə 8 pillə irəliləyib. Qurban Qurbanovun yetirmələrinin aktivinə 122 xal var və 111-ci yerdə qərarlaşıb. Premyer Liqanın son qalibi “Udineze” (125), “Liverpul” (130), “Everton” (133), “Atletik” (Bilbao, 136), “Volfsburq” (146) və “Fənərbağça” (180) kimi komandaları geridə qoyub.