Kateqoriyasız

“Qarabağ” – “Marsel” oyununu canlı yayımlayacaq kanallar

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə (Fransa) Bakıda keçirəcəyi cavab oyunu bir çox ölkədə canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, fevralın 24-də keçiriləcək qarşılaşmanı ölkəmizdə “CBC Sport”, Fransada isə “Canal + Sport”, “W9” kanalları canlı yayımlayacaq. Bundan əlavə, sözügedən opyunu İngiltərənin “BT Sport” kanalı da canlı olaraq azarkeşlərə nümayiş etdirəcək.

Rusiya kanalları isə bu matçı canlı yayımlamayacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43