Kateqoriyasız

“Qarabağ” onunla yolları ayırdı – Rəsmi

“Qarabağ” futbolçusu Miçellə yollarını ayırıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Qarabağ” futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2015-ci ildən “Qarabağ”da oynayan Miçel Ağdam klubunda 155 matçda meydanda olub və 25 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43