Ölkə futbolu

“Qarabağ” – PAOK matçına neçə bilet satılıb?

Bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Yunanıstan PAOK-unu qəbul edəcək “Qarabağ”ın oyununa bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu dəfə bilet satışında passivlik müşahidə olunur. Oyuna indiyədək 14 minə yaxın bilet satılıb. 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – PAOK matçı saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43