İdman

Rahid Əmirquliyev: “PAOK məğlubiyyət nədir bilmir”

“Son oyunlarda PAOK məğlubiyyət nədir bilmir. Olduqca gözəl oyun sərgiləyirlər və nəticələri də göz önündədi. Çətin olacaq, ancaq əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaraq azarkeşlərimizi sevindirək”.

Bunu İdmanxeber.com-a açıqlamasında “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyev deyib.

Ağdam klubunun aparıcı üzvlərindən olan Rahid qələbə qazanmaq üçün hər şey edəcəklərini bildirib:

“Hələ ki, qrupda qələbə qazana bilməmişik. Qrupdan çıxmaq iddialarımızı isbatlamaq üçün qələbə qazanmağımız əsasdı. Baş məşqçimiz də bizi bu oyuna maksimum dərəcədə kökləyib. Qalır nəticə qazanmaq. Bu gün əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”.

Qeyd edək ki, “Qarabağ” – PAOK matçı saat 21:00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43