Kateqoriyasız

“Qarabağ” Praqada – FOTOLAR

Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Viktoriya” ilə qarşılaşacaq “Qarabağ” Çexiyaya çatıb.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisini aparan çarter reysi əvvəlcə Praqa şəhərinə eniş edib (qol.az).

Plzendə hava limanı olmadığından “Qarabağ”paytaxtdan 98 km uzaqdan yerləşən həmin şəhərə avtobusla yola düşəcək. Praqadan ora məsafə təxminən 1 saatdır.

Bu gün yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 21:30) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi Plzen şəhər stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

ÇL-in pley-off mərhələsinin “Viktoriya” – “Qarabağ” cavab oyunu avqustun 23-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Bu komandaların Bakıdakı ilk qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43