Kateqoriyasız

“Qarabağ” qələbəyə həsrət qaldı – YENİLƏNİR

Antalyada olan "Qarabağ" təlim-məşq toplanışını bu gün yekunlaşdıracaq.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi son oyun günündə iki yoxlama görüşü keçirəcək.

Qurban Qurbanovun yetirmələri ilk öncə Avstriyanın “Admira Uaker” klubu ilə üz-üzə gələcək. Bu oyun Bakı vaxtı 18:15-də başlayacaq.

"Köhlən atlar" daha sonra Polşanın "Yaqelloniya" klubu ilə qarşılaşacaq. Həmin görüşün start fiti Bakı vaxtı ilə saat 20:15-də veriləcək.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda  Almaniyanın regional liqa təmsilçisi "Rot-Vays" klubuna 1:0, Macarıstanın "Dioşqyor" klubuna isə 4:0 hesabı ilə qalib gəlib.

23 yanvar

Yoxlama oyunları

18:15. “Qarabağ” (Azərbaycan) – “Admira Uaker” (Avstriya) 3:4
Qol: Cavid Tağıyev 14. 

20:15. “Qarabağ” (Azərbaycan) – “Jagelloniya” (Polşa) – 0:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43