Kateqoriyasız

“Qarabağ” rəsmi etiraz edib qələbəni qaytara bilər – ƏSASNAMƏ BELƏ DEYİR + FOTO

Məsələdən xəbərdarsız. Son saniyələrdə vurduğumuz halal qolun qeydə alınmamasından hələ də özümüzə gələ bilməmişik.
Çətin ki qarşıdakı bir neçə gündə gələk.
Çexiyalı hakimin ofsayd qərarının səhv olduğu aşkardır. Bunu hamı gördü, təsdiqlədi. Ancaq “Qarabağ”ın haqqı tapdalandı və final fiti səsləndiyindən, nəyisə dəyişmək mümkün deyildi.

Belə düşünürdük. UEFA-nın İntizam Əsasnaməsinə nəzər salmayana qədər. 

İdmanxeber.com rekord.az-a istinadən xəbər verir ki, Avropanın ali futbol qurumunun 2014-cü il üçün qüvvədə olan Əsasnaməsində çox vacib bir qeyd var. “Admissibility of protests”, yəni “Etirazların mümkünlüyü” başlıqlı 50-ci maddənin “C” və “D” bəndlərində hakimin səhvinə matçın nəticəsinin dəyişdirilə biləcəyi haqda qayda var.

“D” bəndində “Hakimin oyunun nəticəsinə təsir edən kobud qayda səhvi” üzündən nəticənin dəyişdirilməsinin mümkünlüyü qeyd olunur. Ofsayd qərarının bu bəndin hökmü altına düşüb-düşmədiyi məsələsi qaranlıqdı. Buna artıq “Qarabağ”ın hüquqşünasları müdaxilə etməli, dəmiri isti-isti döyməlidirlər.

Təbii ki, şansımız çox azdı. Ancaq yox da deyil. Rəsmi etirazı gecikdirmək olmaz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43