Kateqoriyasız

“Qarabağ” – “Tottenhem” matçını stadiondan izləmək istəyənlərin nəzərinə

UEFA Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Tottenhem” matçı üçün nəzərdə tutulmuş biletlər niyabrın 23-də satışa çıxarılacaq.

Klubdan İdmanxeber.com-a verilən məlumata görə, tribunadan matçı izləmək istəyənlər 1 və ya 2 manatındna keçməli olacaqlar.

Həmin bu qiymətə olan biletləri stadionun 3/4 hissəsini əhatə edən sektorlara almaq mümkün olacaq.

Tam mərkəzi tribunalar üçün nəzərdə tutulmuş biletlər 5 və 10 manat civarında olacaq. Oyunu VİP-dən izləmək istəyənlər isə 50 manatından keçməli olacaqlar.

Qeyd edək ki, noyabrın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 22:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43