İdman

“Qarabağ” UEFA reytinqində yerində saydı

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, dünən keçirilən matçlardan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. “Çelsi” ilə ev oyununda 0:4 hesabı ilə uduzan “Qarabağ” ölkəmizin xal ehtiyatını artıra bilməyib.  22-ci pillədə qərarlaşan Azərbaycanın 19.125 xalı var.

Qeyd edək ki, ölkəmizdən 1 pillə irəlidə olan Rumıniyanın 20.050 xalı var


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43