Ölkə futbolu

“Qarabağ” – “Viktoriya” matçı türklərə əmanət edildi

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq “Qarabağ” – “Viktoriya Plzen” matçının hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, komandanın ev oyununu türkiyəli hakimlər briqadası idarə edəcək.

 Oyunun baş hakimi Hüseyin Göçek olacaq.Ona həmyerliləri Mustafa Əmrə Əyisoy və Kamal Yılmaz köməklik edəcək. Barış Şimşək isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Hakimlərin işinə moldovalı İqor Satkii qiymət verəcək. Oyunun UEFA nümayəndəsi kiprli Andreas Akkelides olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Viktoriya Plzen” matçı avqustun 2-si saat 20:30-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43